RU

ABŞ nin vitse prezidenti: İranla sülh razılaşması əldə olunmayıb, amma buna çox yaxınıq

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 29 may, AZƏRTAC

ABŞ və İran arasında sülh razılaşması əldə olunmayıb. Amma buna çox yaxınıq.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens jurnalistlərə açıqlamasında deyib

Onun sözlərinə görə, hər iki tərəf bu məsələ üzərində işləməyə davam edir.

Qeyd edək ki, daha əvvəl “Axios” ABŞ və İranın 60 günlük atəşkəs və İslam Respublikasının nüvə proqramı üzrə məsləhətləşmələrin başlanmasını nəzərdə tutan Anlaşma Memorandumunun layihəsi üzərində razılığa gəldiyini yazıb. Lakin İranın “Tasnim” xəbər agentliyi memorandumun mətninin hələ razılaşdırılmadığını və ya təsdiqlənmədiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
85
50
azertag.az

10Источники