RU

İnsan qanında qədim həyatın izləri tapıldı

Kiot Universitetinin tədqiqatçıları qan hüceyrələrinin təxminən 700 milyon il əvvəl, çoxhüceyrəli canlıların yaranması dövründə ortaya çıxdığını aşkar ediblər.

Publika.az xəbər verir ki, araşdırmanın nəticələri "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc olunub.

Qan hüceyrələri demək olar ki, bütün heyvanlarda mövcud olsa da, onların quruluşu və funksiyaları müxtəlif növlərdə əhəmiyyətli dərəcədə fərqlənir. Bu hüceyrələrin təkamülünü izləmək üçün alimlər yeni bir gen analizi metodu hazırlayıb və qan hüceyrələrinin "nəsil ağacını" qura biliblər.

Tədqiqat zamanı məlum olub ki, qədim birhüceyrəli orqanizmlərə ən çox bənzəyən hüceyrələr məhz makrofaqlar – bakteriya və virusları məhv edən immun hüceyrələridir. Müəlliflərin fikrincə, Yer kürəsində həyatın ilk qan hüceyrələri məhz bu tip hüceyrələr ola bilər.

Eyni zamanda, tədqiqatçılar bir çox heyvanların qan hüceyrələrində aktiv olan "FOS" geninin tarixini də araşdırıblar. Məlum olub ki, bu gen artıq 700 milyon il əvvəl yaşamış birhüceyrəli əcdadlarda mövcud olub. Bu da immun sistemi və qan yaranması mexanizmlərinin ilk çoxhüceyrəli canlılarla eyni vaxtda formalaşdığını göstərir.

Избранный
46
16
publika.az

10Источники