RU

Baqeri: “Firon sazişi” bölgədə qeyri sabitliyi artırır

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İran Ali Milli Təhlükəsizlik Şurası katibliyinin xarici siyasət və beynəlxalq təhlükəsizlik üzrə müavini Əli Baqeri bildirib ki, İranın regionda yeni təhlükəsizlik modeli yaradılması təşəbbüsü Moskvada keçirilən beynəlxalq toplantıda iştirakçı ölkələr tərəfindən müsbət qarşılanıb.

Bizimyol.info xəbər verir ki, ölkə mətbuatının məlumatına görə, Baqeri üç günlük Moskva səfərinin sonunda jurnalistlərə açıqlamasında qeyd edib ki, Asiya, Afrika, Avropa və Latın Amerikasından olan təhlükəsizlik rəsmiləri ilə görüşlərdə regional və qlobal məsələlər müzakirə olunub, gələcək əməkdaşlıq üçün çərçivə müəyyənləşdirilib.

Onun sözlərinə görə, ABŞ və İsrailin son hərbi əməliyyatlarından sonra bölgədə sülh və sabitliyin təmin olunması üçün yeni təhlükəsizlik modelinə ehtiyac yaranıb. Baqeri vurğulayıb ki, bu model region ölkələrinin iştirakı ilə formalaşmalı, ABŞ müdaxiləsi və İsrailin təsiri isə aradan qaldırılmalıdır.

İran rəsmisi Moskva Təhlükəsizlik Forumunu ABŞ-ın birtərəfli siyasətinə qarşı mühüm platforma kimi qiymətləndirib. O bildirib ki, forum müstəqil dövlətlərin baxışlarının beynəlxalq səviyyədə səsləndirilməsi üçün əlverişli imkan yaradıb.

Baqeri çıxışında ABŞ və İsraili bölgədə qeyri-sabitliyin əsas mənbələri adlandırıb. Onun fikrincə, Vaşinqtonun regiondakı hərbi bazaları və İsrailin ekspansionist siyasəti təhlükəsizlik üçün əsas təhdidlərdən biridir.

İran rəsmisi həmçinin “İbrahim sazişi” ilə bağlı sərt fikirlər səsləndirib. O bildirib ki, ABŞ və İsrail bu təşəbbüsü sülh layihəsi kimi təqdim etsələr də, əslində bu, “Firon sazişi”dir və bölgədə sabitlik deyil, daha çox qarşıdurma yaradacaq.

Qeyd edək ki, Baqeri Moskva səfəri çərçivəsində Rusiya, Pakistan, İraq, Misir, Braziliya və digər ölkələrin təhlükəsizlik nümayəndələri ilə görüşlər keçirib, həmçinin BRICS ölkələrinin yüksək səviyyəli təhlükəsizlik toplantısında iştirak edib.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
37
32
bizimyol.info

10Источники