RU

AÇ: Azərbaycan millisi İtaliyaya qarşı

Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti matçına çıxacaq.

Fanat.Az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ikinci oyununda İtaliya ilə qarşılaşacaq.

"Tipos Arena"da reallaşacaq görüş Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.

Təmsilçimiz dünən ilk tur çərçivəsində Avstriyanı 1:0 hesabı ilə yenibsə, İtaliya  Fransa ilə qolsuz bərabərliyə razılaşıb.

Qeyd edək ki, Azərbaycan millisi mayın 30-da Fransa ilə münasibətlərinə aydınlıq gətirəcək.

Toğrul

Избранный
33
fanat.az

1Источники