RU

İsveçrədə vətəndaşlara bıçaqlı hücum Yaralılar var, olay terror aktı kimi araşdırılır

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

İsveçrənin Vintertur şəhərinin dəmir yolu vağzalında cümə axşamı erkən saatlarda baş verən bıçaqlı hücum terror aktı kimi araşdırılır. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Hücum edən şəxs artıq saxlanılıb.

Sürix kanton polisinin rəsmisi Marius Vayerman bildirib ki, yaralıların hər üçü xəstəxanaya yerləşdirilib. Onlardan birinin bud nahiyəsindən təcili əməliyyat olunduğu qeyd edilir.

Yerli "Blick" qəzetinin yaydığı məlumata görə, redaksiyada bir kişinin vağzalın foyesindən "Allahu Əkbər!" qışqıraraq qaçdığını əks etdirən videogörüntülər var. Hadisə şahidləri hücum edən şəxsin qəfildən insanlara bıçaqla zərbələr endirməyə başladığını və bu zaman vağzalda böyük panika yarandığını bildiriblər.

İstintaqın məlumatına görə, hücumu törətməkdə şübhəli bilinən şəxs 31 yaşlı Vintertur sakinidir. O, həm İsveçrə, həm də Türkiyə vətəndaşlığı daşıyır. "Reuters" agentliyi xəbər verir ki, həmin şəxs hələ 2015-ci ildə İŞİD terror qruplaşmasının təbliğatını yaydığı üçün məsuliyyətə cəlb olunubmuş.

Bununla yanaşı, "France-Presse" agentliyi rəsmi mənbələrə istinadən qeyd edir ki, saxlanılan şəxs bu həftənin əvvəlində psixiatriya klinikasında müayinədən keçibmiş.

Sürix kantonunun təhlükəsizlik departamentinin direktoru Mario Fer hadisəni "mənfur terror aktı" adlandırıb. O, polisin operativ reaksiya verdiyini və "daha pis ssenarilərin qarşısını ala bildiyini" vurğulayıb.

Polis rəsmisi Marius Vayerman isə əlavə edib ki, cinayətin motivi radikallaşma və ekstremizm meyillərində axtarılmalıdır.

“AzPolitika.info” 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
35
10
azpolitika.info

10Источники