Yoşko Qvardiol “Barselona”nın maraq dairəsinə düşüb.
Msport.az xəbər verir ki, Kataloniya klubu “Mançester Siti”nin müdafiəçisini transfer etməyə çalışır.
24 yaşlı xorvatiyalının İngiltərə təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, Qvardiol 2025/26 mövsümündə bütün turnirlərdə 25 oyunda iştirak edib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.