RU

Aİ süni intellekt yarışında superkompüterlərə və nəhəng fabrikalara güvənir

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa İttifaqı (Aİ) süni intellekt (Sİ) sahəsində ABŞ və Çinlə rəqabətdə geri qalmamaq üçün həm sərt qanunvericilik, həm də iri texnoloji investisiyalar strategiyasına üstünlük verir. Aİ süni intellekti yalnız iqtisadi imkan deyil, eyni zamanda məlumat təhlükəsizliyi, şəffaflıq və vətəndaş hüquqları məsələsi kimi qiymətləndirir.

Bizimyol.info xəbər verir ki, bu istiqamətdə qəbul edilən əsas sənəd Sİ Act – Aİ-nin Süni İntellekt Qanunudur. 1 avqust 2024-cü ildə qüvvəyə minən qanun süni intellekt sistemlərinə mərhələli şəkildə ciddi qaydalar tətbiq edir. Son qərarlardan biri isə razılıq olmadan intim məzmun yaradan süni intellekt tətbiqlərinin qadağan olunmasıdır. Süni intellektlə yaradılmış kontent üçün şəffaflıq tələblərinin tətbiq müddəti də 6 aydan 3 aya endirilib.

Aİ eyni zamanda texnoloji infrastrukturunu gücləndirmək üçün böyük maliyyə proqramları həyata keçirir. Avropa Komissiyasının “AI Continent Action Plan” proqramına əsasən, 2027-ci ilə qədər superkompüter infrastrukturu üçün 10 milyard avro ayrılacaq. Bundan əlavə, Aİ üzrə 5 nəhəng “süni intellekt giga-fabriki”nin yaradılması planlaşdırılır. Bu layihələrə ümumilikdə 20 milyard avro investisiya yönəldilməsi nəzərdə tutulur.

Yeni fabriklər mürəkkəb süni intellekt modellərinin hazırlanması üçün yüksək hesablama gücünə malik məlumat mərkəzləri ilə təchiz olunacaq. Məqsəd Avropanın hesablama gücü çatışmazlığını aradan qaldırmaq və özəl sektor investisiyalarını artırmaqdır.

Hazırda Avropanın ən güclü süni intellekt şirkəti hesab edilən "Mistral AI OpenAI" və "Google" kimi ABŞ nəhənglərinə rəqib göstərilir. Bununla belə, Stanford Universitetinin araşdırmasına görə, ABŞ şirkətləri 59, Çin şirkətləri 35 qabaqcıl model hazırladığı halda, Avropa cəmi 3 model ilə təmsil olunur. Bu da göstərir ki, Aİ hələlik texnoloji yarışda əsasən tənzimləyici gücü və təhlükəsizlik yanaşması ilə fərqlənir.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
76
35
icma.az

10Источники