Sea Breeze Marina-da uşaqlar üçün ayrıca zona təşkil olunub. Burada iştirakçılar keramika qayıqları və şopper çantalarını rənglədikləri pulsuz yaradıcılıq мастер-класс-larında iştirak ediblər. Hazırladıqları məhsulları isə özləri ilə apara biliblər.
Hafta.az xəbər verir ki, tədbirin proqramına həmçinin Crocus Fitness tərəfindən təşkil olunan Cycling Marathon da daxil edilib.
Qonaqlar üçün qrup şəklində məşqlər keçirilib.
Qeyd edək ki, Sea Breeze Marina - Sea Breeze kurort şəhərinin ərazisində yerləşən Azərbaycanın ilk özəl yaxt klubudur.
Marina 60-dan çox yaxtanın yerləşdirilməsi üçün nəzərdə tutulub və Marina Village adlı yeni kvartalın bir hissəsidir.
Marina ərazisində gəzinti bulvarı, yaşıl istirahət zonaları, food court məkanları və shopping alley yerləşir.



