RU

"Bayern Münhen" yarımmüdafiəçisi ilə vidalaşdı

"Bayern Münhen" klubu tərk edəcəyi öncədən açıqlanan yarımmüdafiəçi Leon Qoretska ilə rəsmi "X" hesabında vidalaşıb.

Fanat.Az xəbər verir ki, Almaniya nəhənginin yaydığı bəyanat belədir:

"8 il - 16 titul. İrs. Hər şeyə görə çox sağ ol, Leon. Sənin yolun həmişə bizim tariximizin bir parçası olaraq qalacaq".

31 yaşlı Qoretska 2018-ci ildən "Bayern"də idi. O, Münhen təmsilçisinin heyətində 7 dəfə Bundesliqanın (2018/2019, 2019/2020, 2020/2021, 2021/2022, 2022/2023, 2024/2025, 2025/2026), 3 dəfə Almaniya Kubokunun (2018/2019, 2019/2020, 2025/2026), 4 dəfə Almaniya Superkubokunun (2018, 2020, 2021, 2025), UEFA Çempionlar Liqasının (2019/2020), UEFA Superkubokunun (2020) və klublararası dünya çempionatının (2020) qalibi olub.

Toğrul

Избранный
16
fanat.az

1Источники