ain.az bildirir, Demokrat.az portalına istinadən.
Dünyanın ən zəngin ailələrindən birinin gəlini olan rusiyalı model Nataliya Vodyanova 44 yaşında altıncı dəfə ana olmağa hazırlaşır.Demokrat.az xəbər verir ki, model hamilə olduğunu “Vogue France” jurnalına verdiyi fotosessiya zamanı açıqlayıb. Vodyanova qısa libası ilə obyektiv qarşısına keçərək böyüyən qarnını nümayiş etdirib.Qeyd edək ki, Nataliya məşhur iş adamı, “Christian Dior”un rəhbəri Anton Arnault ilə ailəlidir. Arnault ailəsi “Louis Vuitton”, “Dior”, “Tiffany & Co”, “Sephora” və “Moët & Chandon” daxil olmaqla bir çox lüks brendin sahibidir. “Forbes” jurnalının məlumatına görə, ailənin sərvəti 2025-ci ildə 190 milyard dollar qiymətləndirilib.Model ilk dəfə 2001-ci ildə britaniyalı biznesmen Castin Portmanla evlənib. Bu nikahdan onun üç övladı dünyaya gəlib. Cütlük 2011-ci ildə ayrılıb. Nataliya həmin ilin sonunda Anton Arnault ilə ailə qurub və bu evlilikdən iki oğlu var.İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.