RU

Qalibaf: Razılaşma üçün ilk addımı ABŞ atmalıdır

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İran ABŞ-dan əvvəl heç bir addım atmayacaq.

APA xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf “X” hesabında yazıb.

O bildirib ki, rəsmi Tehranın sözlərə və zəmanətlərə etimadı yoxdur.

Qalibaf ilk addımın ABŞ-dan gözlənildiyini qeyd edib və İranın ABŞ addım atmazdan əvvəl heç bir iş görməyəcəyini vurğulayıb.

“Biz imtiyazları raketlər vasitəsilə alırıq, danışıqlar yolu ilə yox. Danışıqlarda bu imtiyazları qarşı tərəfə başa salırıq”, - parlament sədri qeyd edib.

Qeyd edək ki, İran və ABŞ arasında vasitəçilər yolu ilə danışıqlar gedir. Lakin hələlik yekun razılaşma əldə olunmayıb

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
5
cebheinfo.az

6Источники