RU

Yaşlı insanlarda yaranan spesifik qoxunun səbəbi açıqlandı: Qarşısını almaq mümkündür

Yaşlı insanlarla assosiasiya olunan spesifik bədən qoxusu orqanizmdə oksidləşdirici stress və hormonal dəyişikliklərlə əlaqədardır.

Publika.az xəbər verir ki, bu barədə nutrisioloq Mişel Sends "Yahoo"ya danışıb.

Ekspertin sözlərinə görə, yaş artdıqca orqanizmin antioksidant müdafiəsi zəifləyir, hormon səviyyələri dəyişir və nəticədə dəri oksidləşdirici stressə qarşı daha həssas olur. Bu isə kif və yağ qoxusunu xatırladan spesifik iyin yaranmasına səbəb olur.

Mişel Sends bildirib ki, bu qoxunun əsas səbəbi yağ turşularının oksidləşməsi zamanı yaranan “2-nonenal” adlı maddədir. Həmin maddə dəridən çətin təmizlənir və proses gigiyena çatışmazlığı ilə deyil, orqanizmdə yaşla bağlı dəyişikliklərlə əlaqəlidir.

Nutrisioloq oksidləşdirici stressi və buna bağlı qoxunu azaltmaq üçün bir sıra tövsiyələr də verib. O, keyfiyyətli yuxu, əzələ kütləsinin artırılması, alkoqol istifadəsinin azaldılması və antioksidantlarla zəngin qidalanmanın vacib olduğunu vurğulayıb.

Избранный
22
2
publika.az

3Источники