RU

Trampın reytinqi son 16 ilin ən aşağı səviyyəsinə düşüb

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Donald Trampın reytinqi son 16 ilin ən aşağı səviyyəyə enib.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Economist” jurnalı “YouGov” sorğusuna istinadən məlumat yayıb.

Sorğuya görə, ABŞ prezidentinin dəstək göstəricisi mənfi 24% səviyyəsinə düşüb. Son bir həftədə bu rəqəm əlavə 1,9 faiz bəndi azalıb. Hazırda respondentlərin 34%-i Trampın fəaliyyətini dəstəkləyir, 58%-i isə onun siyasətindən narazıdır. Rəyi soruşulanların 6%-i isə qərarsız qalıb.

Qeyd olunur ki, bu nəticə 2009-cu ildən bəri qeydə alınan ən aşağı göstəricidir. Həmin ildən etibarən “The Economist” və “YouGov” ABŞ prezidentlərinin ictimai rəyini mütəmadi izləyir.

Analitiklər reytinqin düşməsini iki əsas amillə izah edirlər: İrana qarşı hərbi gərginliyə ictimai reaksiyalar və iqtisadi çətinliklər, eləcə də Ağ Evin iqtisadi siyasətinə dair narazılıqlar.

Sorğular həmçinin göstərir ki, narazılıq Trampı 2024 seçkilərində dəstəkləyən bəzi ştatlarda da artmaqdadır. Bu isə onun prezidentliyi dövründə tərəfdarları ilə əleyhdarları arasındakı fərqin rekord səviyyəyə çatdığını göstərir.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
37
bizimyol.info

1Источники