RU

Avtomobil daşımaları üçün icazələrin limitsiz mübadiləsinə keçilir

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Qazaxıstan və Çin avtomobil daşımaları üçün icazələrin limitsiz mübadiləsinə keçəcək.

Avtosfer.az bu barədə “Trend”ə istinadən xəbər verir.

Pekində Çin-Qazaxıstan Beynəlxalq Avtomobil Daşımaları üzrə Birgə Komitəsinin iclası keçirilib və tərəflər nəqliyyat əməkdaşlığının inkişafını müzakirə ediblər.

Görüş iştirakçıları marşrut şəbəkəsinin genişləndirilməsi, infrastrukturun inkişafı və daşıyıcılar üçün icazələrin verilməsi sisteminin sadələşdirilməsi məsələlərini nəzərdən keçiriblər.

Danışıqların yekununda Qazaxıstan və Çin ilin sonunadək kvotalar tətbiq olunmadan avtomobil daşımaları üçün icazələrin limitsiz mübadiləsinə keçmək barədə razılığa gəliblər.

Bundan əlavə, tərəflər “Nur Jolu” sərhəd-keçid məntəqəsinin buraxılış qabiliyyətinin artırılmasını və ödənişli yollarda ödənişlərin "WeChat Pay" sistemi vasitəsilə həyata keçirilməsi imkanını müzakirə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
avtosfer.az

1Источники