Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Astana, 29 may, AZƏRTAC
“Tengiz” yatağında əməliyyat nasazlığı baş verib və bu da neft hasilatının müvəqqəti azalmasına səbəb olub.
AZƏRTAC Qazaxıstan Energetika Nazirliyinə istinadla xəbər verir ki, hadisə “Tengizşevroyl” şirkətinin istehsal müəssisələrindən birində baş verib.
Şirkət hazırda lazımi tədbirləri görür, istehsal bərpa mərhələsindədir. Personal, əhali və ətraf mühit üçün heç bir risk qeydə alınmayıb. Vəziyyət Qazaxıstan Energetika Nazirliyi tərəfindən davamlı olaraq nəzarətdə saxlanılır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.