Keniyada müstəntiqlər yataqxanada baş verən və 16 məktəbli qızın ölümünə səbəb olan yanğının araşdırılması çərçivəsində "Utumishi Girls Academy" məktəbinin 10 şagirdini saxlayıb.
"Report"un "Kenyans"a istinadən məlumatına görə, polis qəsdən yanğın törətmə versiyasını araşdırır.
Yanğın mayın 28-nə keçən gecə baş verib. İstintaqın məlumatına görə, ən azı 79 şagird ciddi xəsarət alaraq müxtəlif xəstəxanalara çatdırılıb, onlardan 71-i sonradan evə buraxılıb.