“Qəbələ” dünən gələn mövsüm premyer-liqada oynamaq uğrunda pley-off matçında “Mingəçevir”i məğlub etdi - 2:0.
“Qırmızı-qaralar”ın yarımmüdafiəçisi Prins Ovusu oyundan sonra “Football-plus.az”ın suallarını cavabladı.
- Oyunla bağlı düşüncələrini bölüşərdin...
- Əsas odu ki, matçı qazandıq. 1-ci liqada 2-ci yerdə qərarlaşan rəqiblə qarşılaşırdıq, heç də asan deyildi. Həmişə meydana qələbəni düşünərək çıxmışıq.
- Bu mövsümü necə qiymətləndirirsən?
- Burda ilk mövsümüm idi. 8 aydı bu komandada çıxış edirəm və çox yaxşı vaxt keçirmişəm. Bəli, çətinliklərlə üzləşmişik, asan deyildi, lakin biz irəliyə baxdıq. Mənim üçün yaxşı təcrübə oldu.
- Komandada qalmağı, yoxsa getməyi düşünürsən?
- Açığı, mən tez qərar verməyi sevmirəm. Gözləyək, görək necə olur...
Onu da xatırladaq ki, qanalı futbolçunun müqaviləsinin müddəti 2028-ci ildə başa çatacaq.
İSRAYIL XEYRULLAYEV
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта