RU

“Həmişə meydana qələbəni düşünərək çıxmışıq” Prins Ovusu

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Qəbələ” dünən gələn mövsüm premyer-liqada oynamaq uğrunda pley-off matçında “Mingəçevir”i məğlub etdi - 2:0.“Qırmızı-qaralar”ın yarımmüdafiəçisi Prins Ovusu oyundan sonra “Football-plus.az”ın suallarını cavabladı.- Oyunla bağlı düşüncələrini bölüşərdin...- Əsas odu ki, matçı qazandıq. 1-ci liqada 2-ci yerdə qərarlaşan rəqiblə qarşılaşırdıq, heç də asan deyildi. Həmişə meydana qələbəni düşünərək çıxmışıq.- Bu mövsümü necə qiymətləndirirsən?- Burda ilk mövsümüm idi. 8 aydı bu komandada çıxış edirəm və çox yaxşı vaxt keçirmişəm. Bəli, çətinliklərlə üzləşmişik, asan deyildi, lakin biz irəliyə baxdıq. Mənim üçün yaxşı təcrübə oldu.- Komandada qalmağı, yoxsa getməyi düşünürsən?- Açığı, mən tez qərar verməyi sevmirəm. Gözləyək, görək necə olur...Onu da xatırladaq ki, qanalı futbolçunun müqaviləsinin müddəti 2028-ci ildə başa çatacaq.İSRAYIL XEYRULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
icma.az

2Источники