RU

Putin Ermənistana xəbərdarlıq etdi

Rusiya Prezidenti Vladimir Putin Astanada keçirdiyi mətbuat konfransında Ermənistanın xarici siyasət kursunu və bu ölkənin Avropa İttifaqına meyillənməsini kəskin tənqid edib.

Rusiya lideri rəsmi İrəvanın atdığı addımları Ukrayna böhranının başlanğıc mərhələsi ilə müqayisə edərək, Ermənistanın tədricən Qərb orbitinə çəkilməsinin ağır nəticələr verə biləcəyini vurğulayıb.

Putinin sözlərinə görə, Ermənistanın Avropa standartlarına keçidi Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində inteqrasiyanı qeyri-mümkün edəcək. O qeyd edib ki, enerji daşıyıcılarının qiymətinin artması Ermənistan iqtisadiyyatına ciddi zərbə vura, ölkənin Ümumi Daxili Məhsulunun ən azı 14 faiz azalmasına səbəb ola bilər.

İqtisadi təhdidlərlə yanaşı, Rusiya rəhbəri miqrasiya məsələsinə də toxunub. O bildirib ki, Ermənistan Aİİ-dən çıxacağı təqdirdə bu ölkənin vətəndaşları Rusiyadakı mövcud güzəştlərini itirəcəklər. Belə olan halda, erməni miqrantlar üçün patent tələbi və digər ümumi qaydalar tətbiq ediləcək.

Putin həmçinin baş nazir Nikol Paşinyanın referendumla bağlı fikirlərinə münasibət bildirərək, Moskvanın bu prosesin tezliklə baş tutmasında maraqlı olduğunu vurğulayıb. O, Ermənistanın seçimini qəti şəkildə müəyyənləşdirməli olduğunu diqqətə çatdırıb.

İslam
Demokrat.az
Избранный
32
50
demokrat.az

10Источники