İnsan resursları üzrə mütəxəssis Röyal Əhmədov bildirir ki, böyük müəssisələr xərcləri azaltmaq və keyfiyyəti artırmaq üçün süni intellektə üstünlük verir. Hazırda maliyyə imkanları geniş olan iri şirkətlər bu keçidə daha çox sərmayə qoyur. Kiçik və orta biznesdə isə texnoloji yenilənmə maliyyə məhdudiyyətləri səbəbindən hələlik daha yavaş sürətlə gedir.
Bazarda mövqeyini qorumaq istəyən şəxslər üçün rəqəmsal biliklər və texnologiya ilə işləmək bacarığı artıq seçim yox, zərurətdir. Xüsusilə satış və xidmət sferasında çalışanların fərdi vərdişlərini inkişaf etdirməsi gələcəkdə işsiz qalmamaq üçün vacib şərtdir. Texnoloji sıçrayış əmək bazarını tamamilə yenidən formalaşdırır.
Leyla Turan
Demokrat.az
4Источники
-
konkret.azBeş ildən sonra bu sənət sahiblərinə ehtiyac QALMAYACAQ ( 29061553)
-
pravda.azBeş ildən sonra bu sənət sahiblərinə ehtiyac qalmayacaq ( 29059933)
-
demokrat.azBeş ildən sonra bu sənət sahiblərinə ehtiyac qalmayacaq ( 29048974)
-
demokrat.azBeş ildən sonra bu sənət sahiblərinə ehtiyac qalmayacaq ( 29048926)