RU

Arteta “Arsenal”ın Çempionlar Liqasının finalını buraxacaq futbolçularını açıqlayıb

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Arsenal”ın baş məşqçisi Mikel Arteta 2025/26 mövsümündə Çempionlar Liqasının finalında PSJ-yə qarşı oynayacaq oyunçuların kimlər olacağını açıqlayıb.

İdman.Biz bildirir ki, oyun sabah, 30 mayda Macarıstanın Budapeşt şəhərindəki “Puşkaş Arena”da keçiriləcək.

“Bütün diqqətimizi cəm etmişik. Burada olmağa layiqik. Timber hazırdır, Madueke də. Yalnız Ben Uayt oynaya bilməyəcək. Oyunçuların meydana çıxmaq istəyini görürəm; hər kəs belə vacib bir matçda iştirak etmək istəyir”, - deyə Arteta bildirib.

Yarışın yarımfinalında PSJ “Bavariya”nı ümumi hesabla 6:5 məğlub edib. Yarışın eyni mərhələsində “Arsenal” “Atletiko Madrid”i ümumi hesabla 2:1 məğlub edib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
53
icma.az

1Источники