RU

“Arteta “Arsenal”ı layiq olduğu yerə qaytardı”

“Arsenal”ın hücumameyilli yarımmüdafiəçisi Bukayo Saka komandanın baş məşqçisi Mikel Artetanın fəaliyyəti barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli futbolçu bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Altı il yarım əvvəl Mikel Arteta açıq şəkildə bildirmişdi ki, məqsədi “Arsenal”ı layiq olduğu yerə qaytarmaqdır. Qürurla deyə bilərəm ki, biz buna nail olduq”

Qeyd edək ki, “Arsenal” bu mövsüm 22 ildən sonra ilk dəfə İngiltərə çempionu olub. “Topçular” eyni zamanda Çempionlar Liqasında finala yüksələrək həlledici oyunda PSJ ilə qarşılaşmağa hazırlaşır.

PSJ ilə “Arsenal” arasında keçiriləcək final görüşü 30 may tarixində, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Избранный
25
90deqiqe.az

1Источники