RU

Göyçayda ağac maşının üstünə aşdı -

Göyçayda güclü külək ciddi fəsadlar törədib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün axşam saat 21:00 radələrində rayonun Nizami adlı küçəsində qeydə alınıb.

Belə ki, axşam saatlarından başlayan güclü külək irigövdəli çinar ağacını aşırıb. Nəticədə yol kənarında dayanan "Mersedes" markalı minik maşınına ciddi ziyan dəyib.

Qeyd edək ki, hadisə səbəbindən digər avtomobillərin və piyadaların hərəkətlərində çətinliklər yaranıb.

Davud Tarverdiyev / Metbuat.az


Избранный
16
metbuat.az

1Источники