RU

Brüssel Hava limanında maye və elektron cihaz məhdudiyyətləri 2028-ci ildən etibarən yumşaldılacaq

Brüssel Hava limanında maye və elektron cihaz məhdudiyyətləri 2028-ci ildən etibarən yumşaldılacaq

Belçikadakı Brüssel Hava limanı təhlükəsizlik nəzarəti sistemlərinin yenilənməsi çərçivəsində sərnişinlərin maye və elektron cihazları əl baqajından çıxarmadan təhlükəsizlik yoxlamasından keçirə biləcəyini bəyan edib.

AFN.az xəbər verir ki, hava limanından verilən açıqlamada 2028-ci ildən etibarən yeni nəsil bədən skanerləri ilə əl baqajları üçün kompüter tomoqrafiyası (KT) skanerlərinin istifadəsinə başlanılacağı bildirilib.

Qeyd olunub ki, yeni sistem sayəsində sərnişinlərin noutbuk, planşet və mayeləri təhlükəsizlik yoxlaması zamanı çantalarından çıxarmalarına ehtiyac qalmayacaq, həmçinin əl baqajlarında 2 litrə qədər maye daşımalarına icazə veriləcək.

Məlumata görə, yeni təhlükəsizlik infrastrukturunun qurulması istiqamətində işlərə 2027-ci ildə başlanılacaq, ilk skanerlərin isə 2028-ci ildə xidmətə verilməsi gözlənilir.

Geden sərnişinlərin təhlükəsizlik nəzarət məntəqələrinin tamamilə yenilənməsinin 2029-cu ilin yayında başa çatdırılmasının planlaşdırıldığı bildirilən bəyanatda bu çərçivədə ümumilikdə 19 yeni təhlükəsizlik yoxlama xəttinin istifadəyə veriləcəyi diqqətə çatdırılıb.

Hava limanının baş icraçı direktoru (CEO) Arno Feist yeni texnologiya sayəsində həm təhlükəsizliyin təmin edilməsinin davam etdiriləcəyini, həm də yoxlamaların sərnişinlər üçün daha sürətli və asan formaya düşəcəyini vurğulayıb.

Xatırladaq ki, mövcud aviasiya təhlükəsizliyi qaydalarına əsasən, sərnişinlərə şəffaf plastik torba daxilində hər biri maksimum 100 millilitrlik qablarda olmaqla, ümumilikdə 1 litr maye daşımağa icazə verilir.

Избранный
24
afn.az

1Источники