RU

İnsanda vaxtilə mövcud olmuş üçüncü gözün yeri bilindi

İnsan beynində yerləşən və illərdir sirr olaraq qalan "üçüncü göz" barədə elmi faktlar üzə çıxıb. Britaniya və İsveç tədqiqatçılarının araşdırmasına görə, milyonlarla il əvvəl əcdadlarımızda başın mərkəzində işığa həssas xüsusi orqan mövcud olub. Təkamül prosesində formasını dəyişən bu struktur hazırda epifiz vəzi kimi tanınır.

Təxminən 500 milyon il əvvəl yaşamış onurğasız canlılar yan gözlərini itirdikdən sonra məhz bu mərkəzi orqan vasitəsilə işığı hiss ediblər. Torpaq altında yuva quran qədim canlılar üçün həmin nahiyə həyati əhəmiyyət daşıyıb. Uzun müddət görmə sistemindən tamamilə ayrı sayılan epifiz vəzinin əslində birbaşa qədim görmə duyğusu ilə əlaqəli olduğu sübut edilib.

Müasir insanın beynində bu qədim orqandan qalan hissə artıq görmə funksiyasını yerinə yetirmir. Lakin orqanizmdə melatonin hormonu ifraz edərək bioloji saatı tənzimləyir. Pinealosit hüceyrələri vasitəsilə bədənə gecənin gəldiyi və istirahət vaxtının çatdığı siqnalını məhz bu "gizli göz" ötürür.

İsmayıl
Demokrat.az
Избранный
27
1
demokrat.az

2Источники