RU

“İsgəndər Cavadovdan tutmuş başqalarına qədər…” - “Qəbələ”dən media sektorundakı xaosa reaksiya

Dünən Sumqayıtdakı “SOCAR Polymer Arena”da gələn mövsüm elitada çıxış etmək uğrunda pley-off matçında “Qəbələ” “Mingəçevir”lə qarşılaşdı. “Qəbələ” nominal ev sahibi olduğundan, təşkilatçılıqla bağlı bütün məsələlər məhz bu klubun üzərində idi. Bu mənada diqqətimizi bir məqam çəkdi. Belə ki, media sektorunda tamaçıların sayı az qala jurnalistlərdən çox idi. Nəticədə jurnalistlər öz yerindən qaçaq düşdü, ayaqüstə qalanlar da oldu.
Bəs “Qəbələ” niyə təşkilatçılığın öhdəsindən tam gələ bilmədi? Niyə azarkeşlər media sektorundan uzaqlaşdırılmadı? “Football-plus.az”ın sualını “qırmızı-qaralar”ın mətbuat katibi Elnur Məmmədli cavabladı: “Oyun başlamamış Elçin Mehtiyev (AFFA nümayəndəsi) və Sənan Abdullayevlə (PFL-in Media və Marketinq direktoru) birgə camaatı ordan çıxarırdıq. Mühafizəyə də tapşırmışdıq. Orda futbol veteranları var idi, gəlmişdilər - İsgəndər Cavadovdan tutmuş başqalarına qədər. Onları belə ayağa qaldırdıq. Bəzi jurnalistlər gəlib oturdu, bəziləri oturmadı. Orda elədi ki, gərək ancaq nəzarət olsun. İnsanların məsuliyyətindən də çox şey asılıdı. Dəfələrlə desən də “medianın yeridi”, yenə də gəlib otururlar. Oyunun əvvəlində, gedişində gələn jurnalistləri kənar adamları ayağa qaldırıb, otuzdururduq”.
MÜZƏFFƏR QULUZADƏ

Избранный
27
2
football-plus.az

3Источники