RU

Zelenskinin Ağ Qartalı əlindən alınır

Ukrayna ilə Polşa arasında tarixi yaddaş məsələləri ətrafında yeni diplomatik qalmaqal yaranıb.

Musavat.com xəbər verir ki, Polşa prezidenti Ukraynanın xüsusi təyinatlı bölmələrindən birinə “UPA Qəhrəmanları” adının verilməsindən sonra Volodimir Zelenskinin Polşanın ali dövlət mükafatı olan Ağ Qartal ordenindən məhrum edilməsi təklifini nəzərdən keçirdiyini bildirib.

Polşada bu qərar geniş rezonans doğurub. Rəsmi Varşava UPA üzvlərini Volın hadisələri zamanı polyak əhaliyə qarşı törədilən kütləvi qətllərlə əlaqələndirir.

Polşa prezidenti bildirib ki, Ukrayna hərbi hissəsinə “UPA Qəhrəmanları” adının verilməsi Rusiya təbliğatı üçün əlavə imkanlar yaradıb və bu qərarı son dərəcə mənfi qiymətləndirir.

Ukrayna prezidenti hərbi hissəyə UPA qəhrəmanlarının adını verməklə Rusiya təbliğatına ən yaxşı materialı təqdim etdi. Bu qərarı son dərəcə mənfi qiymətləndirirəm. Zelenski göstərdi ki, Ukrayna düşüncə tərzi və UPA sıralarında olan şəxslərin qəhrəmanlaşdırılması baxımından hələ Avropa ailəsinin bir hissəsi olmağa hazır deyil, – deyə Polşa prezidenti bildirib.

Bundan əvvəl Polşanın sabiq prezidenti və antikommunist müqavimət hərəkatının veteranı Lech Wałęsa da Ukraynada OUN liderlərindən biri Andrey Melnikin fəxri şəkildə yenidən dəfn olunmasını sərt tənqid etmişdi.

Musavat.com

Избранный
3
2
musavat.com

6Источники