RU

Türkiyədə sel və torpaq sürüşmələri baş verdi

Türkiyənin Meteorologiya Baş İdarəsinin Qurban bayramı günlərində güclü yağıntılarla bağlı xəbərdarlığı fonunda ölkənin bir çox yaşayış məntəqələrində su basması, sel axınları və torpaq sürüşmələri qeydə alınıb.

Publika.az xəbər verir ki, güclü yağışlar Osmaniyə əyalətinin Düziçi rayonunun mərkəzi küçələrini və məhəllələri “göllərə” çevirib. Yollarda böyük çatlar əmələ gəlib, kənd təsərrüfatına ciddi ziyan dəyib.

Osmaniyədəki Bahçe bölgəsində sürüşmə bir neçə yük maşınına zərər vurub.

Ordu əyalətinin Bolaman bölgəsində sel avtomobil körpüsünü dağıdıb, sürücülər başqa yollardan istifadə etmək məcburiyyətində qalıblar.

Bursa əyalətində güclü yağışlar selə səbəb olub.

Избранный
92
publika.az

1Источники