Bu sözləri Əməkdar artist Dilarə Əliyeva RTV-də yayımlanan “Çərçivədən kənar” verilişində danışıb.
O bildirib ki, bu sənətə gələndə “Kleopatra” kimi obrazları oynayacağını düşünsə də, daha sonra tamaşaçı onu “Məhəbbət” olaraq sevib: “Teatrda irili-xırdalı rollar oynasam da, geniş tamaşaçı kütləsi məni “Məhəbbət” obrazı və “Pıç ha Pıç” ilə tanıdı. Sonra özümə belə sloqan düşündüm ki, ya sevdiyini əldə edəsən ya da əldə etdiyini sevəcəksən. Mən əldə etdiyimi sevdim, böyütdüm, böyük imperiya yaratdım. Heç nə üçün gec deyil”.(pravda.az)
Demokrat.az