ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 30 may, AZƏRTAC
Prezident Donald Tramp yalnız ABŞ-nin xeyrinə olan bir razılaşma əldə edəcək.
AZƏRTAC xəbər verir ki, Anadolu agentliyinin sualını cavablandıran Ağ Ev rəsmisi, ABŞ-İran mümkün razılaşmasının müzakirə edildiyi milli təhlükəsizlik iclasını dəyərləndirib.
“Görüş təxminən iki saat davam etdi. Prezident Tramp yalnız ABŞ-nin xeyrinə olan və onun qırmızı xətlərinə cavab verən bir razılaşma əldə edəcək. İran heç vaxt nüvə silahına malik ola bilməz", - deyə Ağ Ev rəsmisi bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.