RU

Saç tökülməsinin qarşısını almaq üçün edilən yanlışlar – həkimlər XƏBƏRDARLIQ edir

Mövsümi, stresslə əlaqəli və ya hormonal dəyişikliklərən qaynaqlanan saç tökülmələri çox narahatedici vəziyyət olsa da qarşısını almaq üçün edilən yanlış addımlar problemləri daha da dərinləşdirə bilər.

Bizim.Media Türkiyə mətbuatına istinadən bildirir ki, xüsusən də payız və yaz aylarında arta bilər. Bu tip saç tökülməsinə telogen effluvium deyilir. Güclü saç tökülməsi qısa müddətdə baş verə bilər, lakin əsasən müvəqqətidir.

Androgenetik alopesiya (genetik saç tökülməsi): bu, müəyyən hormonların təsirinə görə genetik meylli həm kişilərdə, həm də qadınlarda baş verir. Tez-tez oxşar saç tökülməsi və ya keçəllik ailədən gəlir.
 

Kişilərdə saç tökülməsi adətən gicgahlardan başlayır. Qadınlarda ön saç xətti qorunur, lakin seyrəlmə təpədə baş verir və saç ayrımında daha aydın olur. Bu tip saç tökülməsi erkən müalicə edilmədikdə daimi hala gələ bilər. Genetik olduğundan, tamamilə qarşısını almaq mümkün deyil, lakin yavaşlatmaq olar.


Tiroid xəstəlikləri, doğuşdan sonrakı dövr və polikistik yumurtalıq sindromu kimi hormonal vəziyyətlər saç tökülməsinə səbəb ola bilər.

Bundan başqa, tez-tez ütü fenlər, həddindən artıq kimyəvi müalicələr və baş dərisini qıcıqlandıran məhsullar saçın qırılmasını və tökülməsini sürətləndirə bilər.

Həkimlər aşağıdakı hallarda müayinə üçün dermatoloqa müraciət edilməli olduğunu bildirir:

• Saç tökülməsi 2-3 aydan çox davam edərsə və artmaqdadırsa,

• Saç ayrıcının seyrəlməsi müşahidə olunarsa,

• Qaşlarda, kirpiklərdə və ya bədən tüklərində də saç tökülməsi varsa,

• Saç tökülməsi qaşınma, qızartı və ya qabıqlanma ilə müşayiət olunursa,

• Dəyirmi və ya ovaldırsa, baş dərisində və ya bədənin digər hissələrində tamamilə tüksüz sahələr görünürsə mütləq həkimə müraciət edilməlidir.

Saç tökülməsini təsadüfi vitaminlərlə həll etməyə çalışmaq ən çox yayılmış səhvlərdən biridir.

Bizim.Media

Избранный
13
1
bizim.media

10Источники