BAKI,TurkicWorld
ABŞ Türkmənistan qazının Transxəzər istiqaməti ilə dünya bazarlarına çıxarılmasına dəstəyini bir daha ifadə edib.
TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Dövlət katibi Marko Rubio ilə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov arasında Vaşinqtonda keçirilən görüşdən sonra yayılan məlumatda qeyd olunub.
Bildirilib ki, görüş zamanı tərəflər enerji, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçiriblər. Marko Rubio həmçinin son dövrdə ticarət sahəsində əldə olunan irəliləyişləri yüksək qiymətləndirərək Türkmənistan tərəfinə təşəkkürünü çatdırıb.
Məlumata görə, ABŞ administrasiyası Türkmənistan təbii qazının ixrac marşrutlarının genişləndirilməsini, o cümlədən Transxəzər istiqaməti üzrə nəql imkanlarının inkişafını dəstəklədiyini vurğulayıb.
"Dövlət katibi Türkmənistan qazının Transxəzər marşrutları vasitəsilə ixracının şaxələndirilməsinə ABŞ-nin qəti dəstəyini ifadə edib", - bəyanatda deyilir.