RU

UEFA Çempionlar Liqasında final günü

UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün qalibi bu gün müəyyənləşəcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, final görüşündə Fransanın PSJ və İngiltərənin "Arsenal" klubları qarşılaşacaqlar.

Matç Macarıstanın paytaxtı Budapeştdə "Puşkaş Arena"da keçiriləcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. Görüşün baş hakimi Almaniyadan olan FIFA referisi Daniel Zibert olacaq.

PSJ və "Arsenal" indiyədək UEFA-nın müxtəlif yarışlarında 7 dəfə qarşılaşıblar. Bu görüşlərdə hər iki komanda 2 qələbə qazanıb, 3 oyun isə bərabərliklə başa çatıb.

 

UEFA Çempionlar Liqası
Final

30 may

20:00 - PSJ (Fransa) - "Arsenal" (İngiltərə)

Baş hakim: Daniel Zibert (Almaniya)

Избранный
42
day.az

1Источники