RU

Qadağa qəzəbə ÇEVRİLDİ: Anasını AnasınıDÖYDÜ - GÖRÜNTÜLƏR

Ajans.azxəbər verir ki, xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan bu video ailədaxili ağlasığmaz bir zorakılığı ortaya çıxarıb. İddiaya görə, sağlamlıq problemləri səbəbindən anası tərəfindən pəhriz saxlaması tələb olunan uşaq əsəblərini cilovlaya bilməyib və doğma anasına hücum edib. Evin altını üstünə çevirdiyi həmin anlar saniyə-saniyə lentə alınıb. Evi alt-üst etdi, anasını süpürgə sapı ilə döydü Görüntülərdə qırmızı köynəkli qəzəbli uşağın mətbəxin girişində anasına hücum etdiyi görünür. Anasını yerə yıxan uşaq bununla da sakitləşməyərək yerdə uzanan qadına yumruq və təpiklər vurur. Çarəsiz ana yerdəki süpürgə sapından yapışaraq özünü qorumağa çalışsa da, hirsli uşaq sapı onun əlindən zorla alır. Ətrafdakı əşyaları fırladan və mətbəx mebelinin siyirmələrini təpikləyən uşaq bütün evi dağıdır. "Mətbəximdən çıx!" qışqırıqları və şoka salan səssizlik Hadisə zamanı mətbəxdəki boşqabları və rəfləri aşırıb tökən uşaq zorakılığa davam edir. Bu vaxt çarəsiz qadının ingiliscə "Get out of my kitchen!" (Mətbəximdən çıx!) deyə qışqırdığı eşidilir. Davanın ardınca mətbəx tamamilə dağılır. Bu ərəfədə qapı ağzında görünən başqa bir ailə üzvünün isə hadisəyə heç bir müdaxilə etmədən, böyük bir şok və səssizlik içində sadəcə tamaşa etməsi diqqət çəkir.
Избранный
45
2
Ajans.az

3Источники