RU

AÇ-2026: Azərbaycan millisi Fransayla qarşılaşır

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün növbəti matçına çıxacaq.

Fanat.Az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda qrupdakı son matçında Fransa yığması ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.

Qeyd edək ki, minifutbol millimiz ilk turda Avstriyanı 1:0, ikinci turda isə İtaliyanı 3:0 hesabı ilə yenib və pley-offa vəsiqəni təmin edib.

AÇ-2026
F qrupu
30 may

15.15. Azərbaycan - Fransa
Bratislava. "Tipos Arena".

1. Azərbaycan 2 2 0 0 4-0 6
2. Fransa 2 1 1 0 3-1 4
3. İtaliya 2 0 1 1 0-3 1
4. Avstriya 2 0 0 2 1-3 0
 

Избранный
3
fanat.az

1Источники