RU

Əsirin dəhşətli xatirələri: Gündə iki peçenye yeyirdik

Ukraynada gərgin döyüşlər davam edir.

Publika.az xəbər verir ki, həm Rusiya, həm də Ukrayna beşinci ilə keçən müharibə ilə bağlı dəhşətli məlumatlar yayırlar. Məsələn, əsirlərdən alınan ifadələrdə mharibə dəhşətləri əks olunub. Rusiya hərbçilərinə təslim olan Ukrayna Silahlı Qüvvələrinin (VSU) 157-ci Mexanikləşdirilmiş Briqadasının sıravi əsgəri Sergey Kadunov TASS-ın müxbiri ilə söhbətində qidalanma problemindən danışıb. Onun iddiasına görə, Sumı vilayətində yerləşdirilmiş Ukrayna əsgərləri qida çatışmazlığı səbəbindən gündə cəmi iki peçenye ​​yeyirmişlər.

Kadunovun sözlərinə görə, komandanlıq onları mövqelərinə göndərəndə onun və əsgər yoldaşlarında demək olar ki, heç bir ərzaq olmayıb. Sergeyin yalnız qəhvə, çay və quru spirti var imiş. Onun yoldaşlarından birinin isə əsgər payından çıxan peçenye paştetdən başqa heç nəyi olmayıb.

"Gündə iki peçenye yeyirdik, bəzən gündə üç dəfə çay içirdik. Güclə həyatda qalırdıq", - deyə əsir xatırlayıb.

Избранный
47
publika.az

1Источники