Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Yaşlanma əlamətlərini adətən yanlış qulluq və ya genetikada axtarırıq. Lakin mütəxəssislər xəbərdar edir ki, dərinin, saçın və bədənin vəziyyəti daxili proseslərdən birbaşa asılıdır.Demokrat.az xəbər verir ki, uzunömürlülük üzrə tədqiqatçı Natalya Kim qadın gözəlliyini içəridən məhv edən əsas amilləri və qorunma yollarını açıqlayıb.Ekspertin fikrincə, vaxtından əvvəl yaşlanmaya səbəb olan 7 əsas səhv bunlardır:1. Yumurtalıqların sağlamlığına biganəlikYumurtalıqlar qadında gənclik, dərinin usubluğu və saçların parlaqlığına cavabdeh olan estrogen hormonunu sintez edir. Sərt pəhrizlər, aclıq və yuxusuzluq bu sistemin fəaliyyətini pozaraq qocalmanı sürətləndirir. 2. Xroniki stressSürekli gərginlik kortizol hormonunu artırır. Yüksək kortizol isə estrogeni sıxışdırır və yumurtalıqları sıradan çıxarır. Stressi azaltmaq üçün nəfəs məşqləri, masaj və duzlu vannalardan istifadə edin. [1, 3. Bioloji ritmlərə məhəl qoymamaqQadın orqanizmi menstrual siklə uyğun yaşamalıdır. Siklin ikinci yarısında bədəni ağır məşqlərlə yükləmək olmaz, bu dövrdə dincəlmək və dərinin qurumasının qarşısını almaq lazımdır.4. Siqaretin gizlizZərbəsiNikotin yumurtalıqların qan dövranını pozur və erkən menopoz riskini iki dəfə artırır. Eyni zamanda bədəndə kollageni parçalayaraq dəridə erkən qırışlar yaradır. 5. YuxusuzluqGecə yuxusu zamanı qocalmaqdan qoruyan güclü antioksidant – melatonun ifraz olunur. Saat 23:00-dan gec olmayaraq, tam qaranlıq və sərin otaqda yatmaq şərtdir. 6. Şəkər və karbohidratlarHəddindən artıq şəkər qəbulu qlikasiya prosesinə səbəb olur. Bu zaman qlükoza kollagenə yapışaraq dərini sərtləşdirir və elastikliyini itirir. Rasionda zülal və mürəkkəb karbohidratlara üstünlük verilməlidir. 7. Ağır məşqlərHəftədə 5 dəfə ağır idmanla məşğul olmaq qadın hormonu üçün fəlakətdir. Siklin ilk yarısında intensiv məşqlər, ikinci yarısında isə yoqa, uzanma (razyajka) və gəzinti məsləhətdir. Ekspertdən məsləhət: Gözəlliyi qorumaq üçün hər il ginekoloji və hormonal skrininqdən (FSH, LH, estradiol, progesteron və qalxanvari vəzi testləri) keçmək mütləqdir.Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.