Təxminən 40 milyon yaşı olan qədim quşlardan birinin lələyindən ibarət Baltik kəhrəbası Dünya Okeanı Muzeyinin kolleksiyasına əlavə edilib.
Publika.az xəbər verir ki, bu barədə muzeyin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, bu unikal əşya 13,9 qram ağırlığında və 43x37 mm ölçüdə olan suksinit kəhrəbasıdır. O, Kalininqrad vilayətinin Yantarnı kəndində, dünyanın kəhrəba ehtiyatlarının əksəriyyətinin cəmləşdiyi Palmnikenskoye yatağında aşkar edilib.
Muzeyin təbiət şöbəsinin baş elmi işçisi Nikolay Martınoviçin sözlərinə görə, lələyin ölçüsü onun kiçik bir meşə quşuna məxsus olmasından xəbər verir. Kəhrəbanın içindı həmçinin ağac tozunun çoxsaylı bitki mənşəli qatqıları da var.