RU

Oğuzda baş verən qəzada 2 nəfər xəsarət alıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Oğuz, 30 may, AZƏRTAC

Oğuz rayonunda avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol-nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Qumlaq kəndi ərazisindən keçən hissəsində baş verib. Şəki sakini Amil Əmiraslanovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və 45 yaşlı sərnişin Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. A. Əmiraslanov avtomobildə sıxılı vəziyyətdə qalsa da, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Müxbir - Rasim İslamoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
azertag.az

1Источники