RU

Zanetti: Mastantuononun qarşısında uzun illər var

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

"İnter"in sabiq kapitanı və hazırkı vitse-prezidenti Xavyer Zanetti gənc ulduz Franko Mastantuononun Argentina millisinin dünya çempionatının heyətindən kənarda qalmasına münasibət bildirib. Sport24.az xəbər verir ki, əfsanəvi futbolçu bu barədə İspaniyanın məşhur "Marca" nəşrinə müsahibəsində danışıb.Zanetti "tanqoçular"ın kifayət qədər geniş və keyfiyyətli heyətə malik olduğunu vurğulayıb:"Argentina millisində çox sayda güclü futbolçu var. Heyətə düşməyən oyunçular arasında da yüksək səviyyəli simalar görmək mümkündür. Mastantuono da onlardan biridir. Onun gənc yaşı hazırda ən böyük üstünlüyüdür. Qarşısında uzun illər var və əminəm ki, növbəti dünya çempionatlarında oynamaq imkanı əldə edəcək".Sabiq müdafiəçi dünya nəhənglərinin şanslarını dəyərləndirərək, Argentinanın yenə əsas favoritlərdən biri olacağını qeyd edib:"Dünya çempionatı çox balanslı keçəcək. Fransa, Argentina, İspaniya, Portuqaliya və Almaniya kimi güclü komandalar var. Argentina turnirə titulunu qorumaq və yenidən çempion olmaq üçün yollanacaq".Sonda millinin baş məşqçisi Lionel Skaloniyə dəstək nümayiş etdirən Zanetti, onun heyət seçimində ən doğru qərarları verdiyini və Argentinanın gələcəyinin etibarlı əllərdə olduğunu sözlərinə əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
sport24.az

1Источники