RU

Qurban bayramından sonra ət ucuzlaşacaq?

Qurban bayramı ilə əlaqədar ölkədə dana və quzu ətinin qiymətində artım qeydə alınıb.

Redaktor.az xəbər verir ki, ötən iki gündə Bakıda dana əti 17-18, quzu əti isə 22-23 manata satılıb. Rayonlarda isə bu qiymət müvafiq olaraq 16-17, 20-21 manat arasında dəyişib.

Bakının Zabrat kəndində iribuynuzlu və xırdabuynuzlu heyvanların kəsimi ilə məşğul olan Elxan adlı şəxsin mətbuat.az-a açıqlamasında qiymət artımının müvəqqəti xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, Məhərrəm ayının başlaması ilə qiymətlər yenidən sabitləşəcək.

"İyunun 16-da Məhərrəm ayı başlayır. Təxminən iki ay Bakıda toy və nişan məclisləri keçirilməyəcək. Bu zaman qirmızı ətə olan tələbat kəskin aşağı düşəcək. İyunun 16-dan etibarən dana ətinin qiyməti 1, quzu ətinin qiyməti isə ən azı 2 manat ucuzlaşacaq", - deyə qeyd edib (mətbuat.az)

Избранный
1
10
redaktor.az

10Источники