RU

Sumqayıtda küçələri kanalizasiya suları basdı - VİDEO

Kanalizasiya daşıb, evləri və həyətyanı sahələri su basıb. Sakinlər çarəsiz durumda qalıblar.

 

Görüntülər Sumqayıtın İnşaatçılar qəsəbəsindəndir.

 

Sakinlərin sözlərinə görə, küçələrdə yaranan çirkab su gölməçələri səbəbindən evlərindən rahat şəkildə çıxıb hərəkət edə bilmirlər.

 

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Sumqayıt Su Kanal İdarəsindən "XəzərXəbər"ə bildirilib ki, şəhərin Səməd Vurğun küçəsində kanalizasiya xəttində qəza baş verib. Qeyd olunub ki, İnşaatçılar qəsəbəsində müşahidə olunan su basma halı da məhz həmin qəza ilə əlaqədardır. Hazırda qəza-bərpa xidməti hadisə baş verən ərazidə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Aparılan işlər qısa müddət ərzində yekunlaşdırılacaq və sakinlərin qarşılaşdığı problem tam şəkildə aradan qaldırılacaq.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Tarix: 30 May 2026, 13:11   
Избранный
22
pravda.az

1Источники