RU

"Qarabağ" "Beşiktaş"a rəqib ola bilər - Mümkün rəqiblər bilindi

“Qarabağ”ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin bir neçəsi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, mübarizəyə birinci mərhələdən başlayacaq Qurban Qurbanovun komandası ilk rəqibini üstələsə, növbəti raundda Türkiyənin “Beşiktaş”, Niderlandın “Tvente”, Norveçin “Tromso”, İsveçin “Hammarbü”, İsveçrənin “Sankt-Qallen” klublarından birinə rəqib ola bilər. 

“Qarabağ” II təsnifatda da səpələnmişlər səbətində yer alacaq. Bu mərhələdə səpələnməmişlər səbətində olacaq 4 komanda hələ müəyyənləşməyib.

UEFA Avropa Liqasında I təsnifatın püşkü iyunun 16-da atılacaq. “Qarabağ” turnirdə ilk oyununu 9 iyulda keçirəcək.

Избранный
3
fanat.az

1Источники