RU

“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı

Mövsümü 11-ci yerdə bitirən “Qəbələ” pley-offda "Mingəçevir"i məğlub etməklə elitada yerini qorudu. “Qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadze oyunsonrası mətbuat konfransında ona taleyi ilə bağlı ünvanlanan suallara ikibaşlı cavab verdi:

“Bu sualı rəhbərliyə vermək lazımdı. Mənim müqaviləm davam edir. Hazırda yorğunam, uçub getmək haqda düşünürəm”.

Sxadadze uçmaqda olsun, biz isə onun taleyi ilə bağlı sualı “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlıya verməkdə:

“Hələ ki birillik müqaviləmiz var. Müqaviləyə xitam verilməsi gözlənilmir”.

Xatırladaq ki, gürcü mütəxəssis 2024-cü ilin fevralından komandanı çalışdırır.

İSRAYIL XEYRULLAYEV
Избранный
49
1
football-plus.az

2Источники