RU

Müğənnini öldürməkdə şübhəli bilinən qızının həbsxanadan fotosu yayıldı

ain.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Arabesk musiqisinin unudulmaz simalarından olan Güllünün qızı Tuğyan Ülkəm Gülterin həbsxanadan ilk görüntüsü ortaya çıxıb.

Axşam.az xəbər verir ki, 2025-ci ilin sentyabrında Yalovada müəmmalı şəkildə evinin eyvanından yıxılaraq həyatını itirən sənətçinin ölümü ilə bağlı istintaq davam edir. Onun ölümündə qızı Tuğya şübhəli qismində saxlanılıb. Tuğya ötən ilin dekabrında gizli ölkədən qaçmağa çalışarkən nəzarətə alınıb.

“Qəsdən yaxın qohumu öldürmə” ittihamı ilə həbs edilən Tuğyanın son fotosu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İddialara görə, hadisə gecəsi ana və qızı arasında mübahisə yaşanıb. Tuğyan isə bütün ittihamları rədd edərək bunun qəza olduğunu bildirib. Məhkəmə prosesi davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
1
axsam.az

2Источники