RU

FT: Avropa Komissiyası Bolqarıstanı büdcə kəsirinə görə cəzalandıra bilər

Avropa Komissiyası gələn həftə Bolqarıstana qarşı büdcə kəsirini aşdığı üçün rəsmi prosedur tətbiq edə bilər. Bu addım ölkənin eurozonaya qoşulmasından cəmi bir neçə ay sonra gündəmə gəlib.

HİT.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti yazıb.

Məlumata əsasən, Bolqarıstanın dövlət büdcəsi kəsiri ötən il 3,5% səviyyəsinə yüksəlib. Bu isə Avropa İttifaqının və eurozonanın müəyyən etdiyi 3% həddini aşır.

Avropa İttifaqı qaydalarına görə, üzv ölkələr büdcə intizamını pozduqda onlara qarşı “həddindən artıq kəsir proseduru” tətbiq oluna bilər. Bu mexanizm ölkədən xərcləri azaltmağı və maliyyə intizamını bərpa etməyi tələb edir.

Bolqarıstan 1 yanvar 2026-cı ildə rəsmi olaraq avroya keçib və bununla eurozonanın 21-ci üzvü olub. Ölkə Aİ-yə üzv 27 dövlətdən biridir.

Ötən il Bolqarıstan siyasətçisi Kosta Stoyanov Avropa İttifaqının ölkəni eurozonaya daxil etmə siyasətini tənqid etmişdi. O, bu addımın maliyyə çatışmazlığı ilə bağlı ola biləcəyini iddia etmişdi.

Samir
 

Избранный
17
hit.az

1Источники