Modern.az saytına istinadən ain.az xəbər verir.
Son vaxtlar cəmiyyətdə “uşaqpulu” mövzusu ətafında müzakirələr qızışıb. Bir qisim uşaqpulunun verilməsini, digər qisim verilməməsini əsaslandırmağa çalışır. Müzakirələrdə sıravi vətəndaşlarla yanaşı, deputatlar, iqtisadçı ekspertlər, jurnalistlər, ziyalılar fəal iştirak edirlər.
Modern.az xəbər verir ki, tanınmış telejurnalist, ANS Şirkətlər Qrupunun rəhbəri Vahdi Mustafayev bu mövzudan çıxış yollarından biri kimi maraqlı təklif irəli sürüb.Onun sözlərinə görə, uçaqpulunun əvəzinə Azərbaycanda ailələrlə bağlı vergi güzəşti modeli tətbiq oluna bilər.Vahid Mustafayev uşaqlı ailələrin maaşlarından tutulan gəlir vergisinin müəyyən hissəsindən azad edilməsi tiklifini irəli sürüb.O, gəlir vergisindən azad edilmənin aşağıdakı modelini təklif edib:
- 1 uşağa görə 25%;
- 2 uşağa görə 40%;
- 3 uşağa görə 60%;
- 4 və daha çox uşağa görə daha böyük güzəştlər.
“Beləliklə - vətəndaş real dəstək alır, insanlar maaşlarını gizlətməyə maraqlı olmur, dövlət böyük xərc çəkmir, kölgə iqtisadiyyatı azalır, rəsmi əmək bazarı böyüyür. Bu artıq sosial yardımla yanaşı, iqtisadiyyatın leqallaşdırılması modeli kimi də qəbul oluna bilər”, - deyə V.Mustafayev bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.