RU

“Şamaxı”dan gedənlərin sayı 12-yə çatdı

“Şamaxı” daha iki futbolçu ilə yollarını ayırıb. Msport.az xəbər verir ki, bu barədə kluun mətbuat xidməti məlumat yayıb.

Əyalət klubu Rafael Məhərrəmlidən sonra Vladislav Veremeyevlə də müqavilənin uzadılmamasına qərar verib.

2025-ci ilin yanvarından “Şamaxı!da çıxış edən 27 yaşlı ukraynalı müdafiəçi bu müddət ərzində 41 oyunda meydana çıxıb.

“Şamaxı” bunadək Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov və Rafael Məhərrəmli ilə vidalaşıb.

Qeyd edək ki, Ayxan Abbasov mövsüm başa çatdıqdan sonra “Şamaxı”nın baş məşqçi postundan ayrılıb. Onu Azər Bağırovun əvəz edəcəyi gözlənilir.

Избранный
33
msport.az

1Источники