Fotoda: Metbuat.az-ın təsisçisi Ramil Mirzəyev“WUF13 Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi imkanlarını nümayiş etdirdiyi kimi, yerli medianın da potensialını göstərdi. Forum günlərində müxtəlif ölkələrdən gəlmiş jurnalistlər, ekspertlər və beynəlxalq təşkilat nümayəndələri ilə ünsiyyət qurmaq imkanı yarandı. Bu, həm peşəkar təcrübənin artırılması, həm də beynəlxalq media mühitində əməkdaşlıq imkanlarının genişlənməsi baxımından önəmlidir”. O qeyd edib ki, urbanizasiya, dayanıqlı inkişaf və şəhərsalma kimi mövzular jurnalistlərdən əlavə hazırlıq və daha dərindən araşdırma tələb edir. Bu baxımdan WUF13 həm jurnalistlərin yeni istiqamətlər üzrə biliklərini artırması, həm də beynəlxalq ekspertlərlə birbaşa təmas qurması üçün mühüm imkan yaradıb. “Son illər Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, yerli media qlobal miqyaslı forumların işıqlandırılması sahəsində ciddi təcrübə qazanıb. WUF13 zamanı da media operativliklə yanaşı, məzmunun keyfiyyətinə diqqət yetirərək forumun əsas mesajlarını geniş auditoriyaya çatdıra bildilər. Azərbaycan mediası WUF13-də öz missiyasını uğurla yerinə yetirdi”, - deyə Ramil Mirzəyev vurğulayıb. Qeyd edilməlidir ki, beynəlxalq tədbirlərin uğurla təşkili ilə yanaşı, onların peşəkar şəkildə işıqlandırılması da mühüm əhəmiyyət daşıyır. Çünki istənilən qlobal tədbir barədə ilkin təsəvvür məhz media vasitəsilə formalaşır. WUF13 çərçivəsində Azərbaycan mediasının nümayiş etdirdiyi operativlik və peşəkar yanaşma ölkənin informasiya sektorunun inkişaf səviyyəsini bir daha ortaya qoydu. Bu gün qlobal informasiya məkanında rəqabət daha da güclənir və xəbərin sürəti ilə yanaşı, onun dəqiqliyi və məzmun keyfiyyəti də həlledici amilə çevrilir. Belə bir mühitdə beynəlxalq tədbirlərin işıqlandırılmasında çeviklik, analitik baxış və məsuliyyətli media yanaşması xüsusi önəm daşıyır. WUF13 təcrübəsi göstərdi ki, Azərbaycan mediası bu çağırışlara uyğunlaşmaqla yanaşı, ölkədə keçirilən qlobal tədbirlərin yüksək peşəkarlıqla işıqlandırılmasında kifayət qədər ciddi potensiala malikdir. Aynur Abdınova / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.