RU

Tanımadığı ailənin evində özünə şərait qurdu, xərclərini ev sahibinə ödətdi Kuryoz hadisə FOTO

ain.az, Olke.az saytına istinadən bildirir.

ABŞ-də 3 nəfərdən ibarət ailə son zamanlar kommunal ödənişlərin çox olmasından təəccüblənib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, həqiqəti öyrənən ailə gördükləri qarşısında təəccüblənib.

Məlum olub ki, bir nəfər yad adam onlarla birlikdə evdə icazəsiz yaşayır.

Hadisə Oreqon ştatının Həppi Valey şəhərində baş verib.

Ötən ili sentyabrında qonşunun ailənin evinə yad adam girməsini görməsi nəticəsində hadisənin üstü açılıb.Qonşu bu barədə dərhal polisə xəbər verib.

Hadisə yerinə gələn polislər qapını sındıranda gözlərinə inanmayıblar. 41 yaşlı Beniamin Bucurun ailənin elektrik şəbəkəsindən götürdüyü qanunsuz elektrik birləşmələrindən istifadə edərək özünə dəbdəbəli yeraltı yaşayış sahəsi yaratdığı üzə çıxıb.

Prokuror Tiffani Eskover məhkəmədə deyib:

"Təqsirləndirilən şəxs qaranlıqdan istifadə edərək gizlicə bu ailənin evinin damının altına girib. O, televizor, oyun pultu, soba gətirib. Hətta ətrafı gözəlləşdirmək üçün dekorativ zolaqlı işıqlar da asıb. O, kef çəkərkən heç nədən xəbəri olmayan ailə hesabı ödəyib".

Polis yeraltı bunkerdə aparılan axtarışlar zamanı elektron avadanlıqdan daha çox şey aşkar edib. Bucurun yaşayış yerindən qılınc, çoxsaylı bıçaqlar və içərisində narkotik maddələrin izləri olan cihaz da tapılıb. 

Beniamin Bucurun ailənin evində 2.5 ay gizlicə yaşadığı üzə çıxıb.

3 il müddətinə azadlıqdan məhrum edilən şəxsin daha əvvəl də oxşar cinayətıər törətdiyi bildirilir.

Billurə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
42
1
olke.az

2Источники